Sülh nəğməsi

21.09.2018-ci il tarixində V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin 4ç sinfində “21 sentyabr Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbir keçirildi. Sinif müəllimi Zemfira Rüstəmova bu günün tarixi haqqında geniş məlumat verərək bildirdi ki, tarix boyu sülhü qorumaq bütün bəşəriyyəti düşündürmüşdür. Ən böyük amal isə qanlı müharibələri dayandırmaq, sülhü qorumaq, insanların əmin-amanlıqda yaşaması üçün milyardlarla insanı sülhə cəlb etməkdir. Biz istəyirik ki, bütün insanlar sülhü qorusunlar, müharibələrin qabağını almaq üçün birləşsinlər! Şagirdlər sülh və onun qorunması ilə bağlı fikirlərini, arzularını söyləyib, sülhlə bağlı şüarlar səsləndirdilər. Onların bu mövzu haqqında yazdıqları inşa, çəkdikləri rəsmlər məktəb müdiriyyəti tərəfindən rəğbətlə qarşılandı. “Sülh nəğməsi!” sülhə çağırış, birliyə, dostluğa çağırış kimi səslənən bu melodiyanı uşaqlar bir ağızdan sevinclə oxudular.