Metodik şuranın iclası keçirildi

V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə 20 sentyabr 2018-ci il tarixdə metodik şuranın iclası keçirildi. Məktəbin direktoru Dadaş Əliyev şura üzvlərini Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramovun 14 avqust 2018-ci il tarixli F-550 nömrəli əmri ilə tanış edərək ümumi təhsil üzrə prioritet fəaliyyət istiqamətlərinin həyata keçirilməsi üçün bütün qüvvələrin səfərbər edilməsini tapşırdı.