“Biz sülh istəyirik”

V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin tarix müəllimi Dadaşova Dilarə Əvəz qızı VIIə sinfində 21 sentyabr Beynəlxaq Sülh Günü mövzusunda dəyirmi masa keçirtdi. Müəllimə Beynəlxalq Sülh Günü ilə bağlı şagirdlərə geniş məlumat verdi. Bildirdi ki, Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Dəyirmi masada iştirak edən şagirdlər də sülh haqqında maraqlı fikirlər söylədilər. Şagirdlərdən Aydınova Ləman çıxışında söylədi ki, “Bir arzum var Yer üzündə bütün dövlət sərhədlərindən tikanlı məftillər götürüləydi. Onların yerində çiçəklər əkiləydi. Körpə balaların əlləri uzananda tikanlı məftillərə deyil, çiçəklərə toxunsun. Şagirdlər bu arzulara qoşularaq hamısı bir ağızdan “Biz sülh istəyirik”- dedilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi