“Rəmzlərə sevgi”

Dövlət, millət, dövlətçilik ənənələrinin qorunması, vətənə layiqli vətəndaş yetişdirilməsi işində təhsil ocaqlarının, xüsusi ilə məktəbin rolu danılmazdır. Məhz bunu nəzərə alaraq Təhsil Nazirliyi məktəblərdə ilk dərs saatlarını vətənə, xalqa, onun dəyərlərinə və bu dəyərlərin qorunmasına aid mövzuların keçirilməsinə qərar vermişdir. Həm yuxarı, həm də aşağı siniflərdə bu mövzular ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarovanın rəhbərliyi ilə 5ə sinfində “Dövlət rəmzlərimiz” mövzusunda geniş bir təqdimat təşkil edildi. Təqdimat ilk növbədə sinfin atributlarla bəzədilməsindən başlandı: üçrəngli şarlar, bayraq və divar qəzetləri ilə bəzədilmiş sinif otağında gözəl bir bayram ab-havası yaradılmışdır. Bu gözləlliyi uşaqların gerbimiz, bayraq və himnimizlə bağlı məlumatları, söylədikləri bədii nümunələr daha da rəngarəng etdi. Təqdimat bütün şagirdlərin himnimizi ifa etməsi ilə sona yetdi.