“Tədris ilinin ilk dərsindən xoş təəsüratlar”

Respublikamızın bütün məktəblərində olduğu kimi V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə də ilk dərslər aşağıdakı mövzulara həsr olunmuşdur. Məktəbin direktoru Dadaş Əliyev siniflərdə olmuş, şagirdlərin həmin mövzular haqqında bilikləri ilə maraqlanmışdır. “Vətənim Azərbaycandır” mövzusunda körpə fidanların çıxışlarını bəyənmiş, xüsusilədə IIId sinfində təhsil alan məktəbimizin adını daşıyan şəhid Vaqif Mirzəliyevin qardaşı oğlu balaca Vaqifin çıxışını daha çox bəyəndi. “Dövlət rəmzləri” mövzusunda V-IX siniflərində müəllimlər dövlət atributları haqqında şagirdlərə geniş məlumat verdilər. “Azərbaycan Xalq Cümhuriyyəti Dövlətçiliyimizin bayraqdarı” mövzusunda XId sinif şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışaraq bugünki Müstəqil Azərbaycanın onun varisi və davamı olduğunu qeyd etdilər. Məktəbin direktoru Dadaş Əliyev şagirdlərlə söhbət apardı, onlara Müstəqil Azərbaycanın layiqli vətəndaşları olmalarını arzuladı.