"Bilik günü"nün işığı

İnsan həyatında elə müqəddəs günlər olur ki, yaşının hansı çağında olursan ol, o gün qəlbinin, şüurunun əbədi yaddaşına dönür. Bilik günü- bu gün, bu tarix bizi körpəlikdən alan, bizi həyatın qoynuna atan adını belə adlandıra bilmədiyimiz təmiz, saf hisslərin toxunulmaz anıdır. Bu gün – Respublika Bilik günüdür. Bütün orta və ali məktəblərin, şagird, tələbə və müəllim heyəti bü əziz günü layiqincə qeyd etməyə çalışırlar. Məktəbimiz də Bilik gününün işiğına toplaşan kollektivlərdəndir. Bu gün münasibəti ilə geniş tədbiri məktəbin direktoru Dadaş Əliyev açaraq Respublika Prezidenti İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın məktəbə, təhsilə, elmə qayğısından danışdı. Direktor onu da bildirdi ki, elm, təhsil nümayəndələr, xüsusi ilə müəllim heyəti qarşısında duran vəzifələri dərk edərsə, o xalqın gələcəyi parlaqdır. Çünki məktəb xalqın, millətin, dövlətçiliyin təməlidir. Bu təməl nə qədər möhkəm olarsa, sarsılmaz və məğlubedilməz dövlətə sahib olarıq. Daha sonra tədbirdə 2017-2018-ci tədris ilində fərqlənən şagirdlər də təbrik edildi. Sonda təbrikə qoşulan birincilər öz çıxışları ilə bərabər məktəbin simvolik zəngini də vurdular.