"Ulu Öndərimizin ideyaları daim yaşayacaqdır"

08.05.2018-ci il tarixində V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin tarix müəllimi Dadaşova Dilarə VIIIb sinif şagirdləri ilə H.Əliyevin 95 illik yubleyi münasibətilə "Ulu Öndərimizin ideyaları daim yaşayacaqdır" adlı dəyirmi masa keçirtdi. Məktəbin direktor əvəzi Kazımov İlham H.Əliyevin quruculuq fəaliyyətindən, millətə və dövlətə misilsiz xidmətindən geniş məlumat verdi. Şagirdlər öz çıxışlarında H.Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı maraqlı məlumatlar verdilər. Eyni zamanda bildirdilər ki, yüksək insani keyfiyyəti, dövlət i idarəetmə bacarığına, xalqa sədaqətlə xidmətinə görə H.Əliyev nadir şəxsiyyətlər sırasındadır. Bəli, H.Əliyev Azərbaycanın ən çətin anlarında vətəni xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir. Şagirdlər qeyd etdilər ki, biz Ulu Öndərimizin ideyalarını gələcək nəsillərə inamla çatdıracağıq