“Gəlin, birgə oxuyaq”

 Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2014-cü il sərəncamından sonra məktəbimizdə şagirdlərdə mütaliə vərdişlərini aşılamaq və kitabın təbliği istiqamətində xeyli işlər görülmüşdür. Məktəbimizdə mütaliəyə marağın artırılması məqsədilə silsilə tədbirlər keçirilmiş, müzakirələr aparılmışdır. 19.04.2018-ci il tarixində Azərbaycan dili və ədəbiyyatı müəllimi Xalidə Sadıqovanın rəhbərliyi ilə “Ümumdünya Kitab Günü” 23 aprel münasibəti ilə “Gəlin, birgə oxuyaq” layihəsi həyata keçirildi. Bu layihənin məqsədi yeniyetmə və gənclər arasında oxu vərdişlərini inkişaf etdirmək, mütaliəyə marağı artırmaq, kitabı gündəlik həyatımızın bir hissəsinə çevirmək idi. Tədbirdə məktəbin şagirdləri müxtəlif şeirlər söylədilər, səhnəciklər göstərdilər, kitabın tarixindən maraqlı faktlar gətirdilər. Kitabxanaçılarımızın da iştirakı ilə “Ən çox sevdiyim kitab” mövzusunda inşa müsabiqəsinin nəticələri elan olundu. Kitabxanaçı Nuridə Quliyeva müsabiqələrin qaliblərini diplom və hədiyyələrlə təltif etdi.Tədbirimizin əsas məqsədi bu günü “Kitab bayramı” kimi qeyd etmək, oxuduqlarımızı dostlarımızla paylaşmaq, sevdiyimiz kitabı istədiyimiz adama hədiyyə etmək idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi