"Kitab bizim dostumuzdur"

20 aprel 2018- ci il tarixində "Oxu günü" çərçivəsi adı altında ibtidai sinif müəllimi Nailə Rəhimova Iə sinif şagirdlərinin iştirakı ilə "Kitab bizim dostumuzdur" adlı tədbir keçirdi. Tədbirdə kitaba aid şeirlər söylənildi, mahnılar ifa olundu. Şagirdlər maraqlı səhnəciklər və rəqslər nümayiş etdilər. Tədbirin məqsədi şagirdlərə kitabı sevdirmək, onlarda kitab oxumağa maraq oyatmaq, mütaliəni sevdirmək idi.