"Bostan oğrusu" və "Dostumun qonaqlığı" satirik hekayələrinin müzakirəsi

Satira zamandan asılı olmayaraq, daim oxucu marağına səbəb olur. Çünki həyatdakı çatışmazlıqlar, onların oxucuya çatdırılması, həm də şirin və anlaşıqlı dillə yaradılması xüsusi ustalıq tələb edir. M.C.Paşayev də belə söz ustalarından biridir. Ədibin "Bostan oğrusu" və "Dostumun qonaqlığı" satirik hekayələri VIf sinif şagirdlərinin diqqətini çəkmiş və müzakirə obyektinə çevrilmişdi. Kitabxanada təşkil olunmuş dəyirmi masanı Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova giriş sözü ilə açaraq yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdi. Kitabxanaçılar yazıçının həyat yoluna aid materiallarla uşaqları tanış etdi. Maraqlı müzakirə şəraitində keçən dəyirmi masada bir daha insan ləyaqəti ,insan mənliyinin hər şeydən üstün olduğu vurğulandı.