“Koroğlu” dastanını müzakirəsi

İnsanın şəxsiyyət olaraq formalaşıb kamilləşməsində, dünyagörüşün formalaşmasında, bədii təxəyyülün, idrakı bacarıqların inkişafında, vətənpərvərlik tərbiyyəsinin aşılanmasında, bir çox hallarda isə həyat yolunun müəyyənləşdirilməsində mütaliənin müstəsna rolu var. Bununla bağlı məktəbimizdə daima müzakirələr, disputlar keçirilir. Bu dəfə də VIə sinif şagirdləri xalqımızın tarixi qəhrəmanlıq dastanı olan “Koroğlu” dastanını müzakirə etdilər. Şagirdlər Koroğlu və onun silahdaşlarını birləşdirən mərdlik, qorxmazlıq, haqqın, ədalətin tərəfində durmaq, dostluqda sədaqətli olmaq, düşmənə nifrət hissindən danışdılar. Sonda azərbaycan dili və ədəbiyyat müəllimi Xalidə Sadıqova şagirdlərə mütaliə ilə bağlı öz tövsiyələrini verdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi