Tənhalıqdan uzaq olaq!

"Oxu günü" çərçivəsində bu dəfəki hədəfimiz 110 iliyi respublikamızda xüsusi qeyd olunan M.C.Paşayevin əsərləri oldu. Azərbaycan dili və ədəbiyyat müəllimi Zərovşən Qafarovanın rəhbərliyi, kitabxanaçılar Səyyarə Əlixanova və Nuridə Quliyevanın iştirakı ilə kitabxanada VIf sinfi dəyirmi masa təşkil etdilər. M.Cəlalın "Xarici xəstəlik" və "İki ananın bir oğlu" hekayələrini müzakirə edən iştirakçılar ana-övlad, vətəndaş-vətən, eyni zamanda insan və onun sağlamlığı problemindən danışdılar. Hər iki hekayədə qaldırılan məsələlərin müasir günümüzdə də aktual olduğunu vurğulayan iştirakçılar bildirdilər ki, insan öz maraqlarına görə heç vaxt sağlamlığına zərər vuramamalidir. Eyni zamanda övladı olmayan qadınlara qarşi həmişə xüsusi diqqət olmalıdır ki, onlara tənhalıqlarını unutdura bilək.