"M.Cəlal hekayələri uşaqların gözü ilə"

Azərbaycanımız öz dəyərli övladları ilə daim fəxr etmişdir. Belə dəyərlilərimizdən biri də 110 illiyik yubileyi respublika səviyyəsində keçirilən M.C.Paşayevdir.Təbii ki, məktəbimiz də bu yubiley tədbirlərinə qoşularaq “Oxu günü” çərçivəsində yazıçının yaradıcılığına müraciət etdi. 06.04.2018-ci il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimi Zərovşən Qafarovanın rəhbərliyi, kitabxanaçılar Səyyarə Əlixanova və Nuridə Quliyevanın iştirakı ilə VIf sinfində ədibin “Müalicə” və “Ay İsmayıl, başa sal” hekayələrinin müzakirəsi keçirildi. Əvvəlcə müəllim yazıçını böyük hekayə ustadı kimi dəyərləndirib onun həyat və yaradıcılığı haqqında məlumat verdi. Müzakirələrdə fəal olan şagirdlər hər iki hekayədə qaldırılan məsələlərin bu gün də aktual olduğunu bildirdilər.Tənhalığın, ünsiyyətin olmaması insanda ruh düşkünlüyünün yaranmasına səbəb olur. Ona görə də insan həmişə sevdikləri ilə ünsiyyətdə olmalı və heç vaxt vəzifəsindən, mövqeyindən sui-istifadə etməməlidir, İdeyasını əsas tutaraq müzakirəni bitirdilər.