"31 Mart-Azərbaycanlıların Soyqırımı Günü" adlı dəyirmi masa

29.03.2018-ci il tarixində 281 nömrəli tam orta məktəbin tarix müəllimi Gülşən İsmayılzadə IXc sinfi ilə "31 Mart-Azərbaycanlıların Soyqırımı Günü" adlı dəyirmi masa keçirdi. Mənfur qonşumuz ermənilərin xalqımıza qarşı törətdikləri 1918-ci il Mart qırğınları haqqında geniş müzakirə aparıldı və videoçarxlar nümayiş etdirildi. Məqsəd XX əsrin əvvəlində xalqımıza qarşı törədilmiş qırğınları şagirdlərin diqqətinə çatdırmaq, mənfur ermənilərin əsl niyyətini açıb göstərmək idi. Əsrin əvvəllərində törədilən qırğınların unutdurulması nəticədə 90-cı illərdə ermənilərin növbəti təcavüzlərinə yol açdı. Düşməni vaxtında tanıya bilsəydik, bəlkə də, Xocalı faciəsi və digər yüzlərlə hadisələrin qarşısını almış olardıq. Hər bir Azərbaycan gənci düşməni tanımalı, ehtiyatı əldən verməməlidir.