"Memorial Soyqırımı Muzeyinə” ekskursiya

28.03.2018-ci il tarixində tarix müəllimi Gülşən İsmayılzadə IXc sinif şagirdləri ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış "Memorial Soyqırımı Muzeyinə” ekskursiya etdilər. Şagirdlər ekuskursiya zamanı Xocalı soyqırımı, erməni təcavüzü barədə geniş məlumat əldə etdilər. Nümayiş etdirilən ekspanatlar, sənədli film və şahid ifadələri şagirdləri ayıq olmağa, qarşısındakı hiyləgər düşməni tanımağa yönəltdi.