"Heydər Əliyev Mərkəzində" ekskursiya

281 nömrəli tam orta məktəbin IVg sinif şagirdləri, sinif müəllimi Təranə Qəhrəmanovanın rəhbərliyi ilə Suraxanı rayonunda yerləşən "Heydər Əliyev Mərkəzində" ekskursiyada oldular. Ekskursiya zamanı Ulu Öndərin həyatı və xalqımız üçün gördüyü işlərlə yaxından tanış oldular. Heydər Əliyev haqqında film izlədikdən sonra şagirdlər vətənə və Ulu Öndərimizə həsr olunmuş şeirlər və məlumatlar söylədilər. Onlar Heydər Əliyevin Azərbaycan Respublikası üçün həqiqətən də çox dəyərli və unudulmaz dahi şəxsiyyət olduğunu vurğuladılar.