"Bədii ədəbiyyatda uşaq taleləri"

"Bədii ədəbiyyatda uşaq taleləri" mövzusu daimi oxunan və işlənən mövzulardandır. Çünki uşaq ailənin, ailə isə dövlətin rəmzidir. Bu mənada ailə uşaq, uşaq cəmiyyət, uşaq məktəb xətləri həmişə aktual mövzu kimi oxucu marağına səbəb olub. Budəfəki hədəfimiz A.Səhhətin “Qaragünlü Həlimə", Ə.Haqverdiyevin "Ata və oğul", C.Cabbarlının "Aslan və Fərhat" hekayələri idi. Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarovanın rəhbərliyi ilə VIf sinfində bu hekayələrin müzakirəsi keçirildi. Müasir uşaqlarla əsər qəhrəmanlarının bədii təhlilini verən şagirdlər onların acınacaqlı taleyi ilə yurd-yuvasından didərgin düşmüş uşaqların taleyini müqayisə etdilər. Bundan əlavə uşaq tərbiyəsində ailədən çox mühitin rolunu xüsusi vurğuladı. Sonda belə nəticəyə gəldilər ki, istər cismani, istər də mənəvi cəhətdən insanı məhv edən elə insan özüdür. Bunun da əsas səbəbi cəhalət və hərislikdir.