İdmanda uğurumuz

Ölkəmizdə idmana qayğı və marağın nəticəsidir ki, idman uğurlarımızın sayı günü-gündən artmaqdadır. Vətənimizi tanıtmaq işində idmançılarımızın qələbəsi danılmazdır. Bu baxımdan erkən yaşlarından başlayaraq, uğura doğru addımlamaq lazımdır. Yüksək uğura tərəf irəliləyən şagirdlərimizdən biri də VIIc sinif şagirdi Nəzərli Muraddır. O dəfələrlə qaydasız döyüş üzrə müxtəlif qələbələrlə məktəbimizin, eləcə də təmsil etdiyi idman klubunun adını layiqincə yüksəltmişdir. Bu dəfə də Bakı birinciliyinin qalibi olaraq məktəbimizə qələbə sevinci yaşatdı. Ən böyük arzusu olimpiya çempionu olaraq vətənin bayrağını səmalara ucaltmaq olan Murad həm də dərs əlaçısıdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi