Həvəskar şahmatçımız

Məktəbimiz öz istedadları ilə həmişə fəxr edib. Belə fəxr olunası şagirdlərimizdən biri də Ve sinif şagirdi İsmayılov Poladdır. Polad bizi tez-tez uğurları ilə sevindirən şagirdlərdəndir. Gah sınaqlarda yüksək bal toplamağı ilə, gah geniş məntiqi marağı ilə bizi sevindirir. Bu dəfə də "Gənclər Günü"nə həsr olunmuş şahmat yarışmasında birincilik qazanmağı ilə məktəbimizin uğur səhifəsinə bir daha öz adını yazdı.