"Gənclər Günü"

Gənclik həyatın elə bir dövrüdür ki, sevinc və həyat eşqi ilə dolu olursan. Bu dövrü ömrün bahar fəsli adlandıranlar gəncliyin həyat dolu sevgisini nəzərə alaraq belə fikrə gəliblər. Azərbaycan gəncliyi həyatın bütün sahələrində öz işi, yaratdığı yenilikləri ilə daim diqqət mərkəzində olmuşdur. Bunu nəzərə alan Ulu Öndər 2 Fevral tarixini Azərbaycanda "Gənclər Günü" kimi qeyd olunmasını təsdiqlədi. Bu günün sevincini yaşayanlardan biri də məktəbimizin XI sinif şagirdləri oldu. "Gənclər Günü"nün təntənəsinə toplaşan XI-lər öz məharətləri ilə tədbir iştirakçılarının zövqünü oxşadılar. "Gənc müğənnilər" və instrumental ifaçılar performansları və şirin nəğmələri ilə sanki gəncliyin dadını çıxarırdı. XId sinif şagurdlərinin yumoristik səhnəciyi bütün salonu gənclik-gözəllikdir ab-havasına köklədi.


 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi