Pedoqoji Şura

31.01.2018-ci il tarixində V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclası məktəbin direktoru Gülşən xanım Əliyeva açaraq müəllim kollektivini gündəlik məsələ ilə tanış etdi. Sonra I-IV siniflərdə BSQ-lərin nəticələri, təhsilin keyfiyyətinin yüksədilməsi istiqamətində görülən işlər, Ana dili və riyaziyyat fənlərinin müqayisəli təhlili haqqında Bəsti Nəsibova, I yarımildə şagirdlərin dərsə davamiyyəti, “Ən təmiz sinif aylığı”nın nəticələri  haqqında Arzu Əliyeva, I yarımilin yekunları və II yarımildə qarşıda duran vəzifələr, təhsildə keyfiyyət ili ilə əlaqədar VIII-XI siniflərdə görülən işlər barədə İlham Kazımov çıxış etdi. Bəzi məsələlərə aydınlıq gətirmək üçün ayrı-ayrı fənn müəllimləri müzakirəyə qoşuldular. Sonda məktəbin direktoru hər bir məsələyə münasibət bildirdi və cari məsələlərlə bağlı çıxış edərək tapşırıqlarını verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi