"Şəhidlər unudulmur" adlı tədbir

19 yanvar 2018- ci il tarixində məktəbin Ic sinif müəllimi Lətafət Əliyeva "Şəhidlər unudulmur" adlı tədbir keçirdi. Tədbirdə müəllim faciə haqqında məlumat verdi. Şagirdlər vətənə, şəhidə aid şeirlər, bayatılar söylədilər. Sonda müəllim ulu öndər Heydər Əliyevin "1990- cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur" fikirlərini vurğulayaraq tədbiri yekunlaşdırdı.