"Qanlı yanvar" adlı təqdimat

18.01.2018-ci ildə VIə və Və siniflərində “Qanlı yanvar” adlı təqdimat dərsi oldu.Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xalidə Sadıqova əvvəlcə uşaqlara həmin günün tarixindən danışdı.Sonra isə şagirdlər 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şeirlər söylədilər, səhnəciklər təqdim etdilər.VIə sinif Şagirdləri Səlimli Aygün, Aydınova Ləman, Nəbizadə Leyla, Əzizli Sədi, Mirzəyev Yunus, Yüzbaşova Nigar, Şükürlü Fidan, Həsənli Aysu, İsgəndərli Vahid vəVə sinif şagirdləri Qədirli İlahə, Əhmədzadə Rasimə, Mehdiyeva Nuray, Nəsirli Ələmdar, Orucova Esmira, Əmirova Leyla şəhidlərin xatirəsinə həsr olunmuş gözəl şeirlər söylədilər. Təqdimat “Ana mən şəhid oldum” mahnısı ilə başa çatdı.