"Şəhidliyin Təməli"

Tariximizin elə səhifələri var ki, onları soyuqqanlı vərəqləmək olmur. Bu səhifələrə çökən dərdin, hüznün ağırlığından onu vərəqləmək çox çətin olur. Belə ağır səhifələrdən biri də 20 Yanvar hadisəsidir. Bu hadisənin anım günü bütün Respublikamızda dərin hüznlə yad edilir. Məktəbimizin VIf sinfi Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarovanın rəhbərliyi ilə bu anım günündə şəhidlərimizin xatirəsinə həsr edilmiş "Şəhidliyin Təməli" adlı bədii təqdimat hazırladı. 20 Yanvar hadisələri haqqında məlumat verən şagirdlər şəhidlərə həsr olunmuş şeirlər, vətən bayatıları, qəhrəmanlıq mövzusunda atalar sözləri söylədilər. "Tez böyü, oğlum" adlı bədii kompozisiyasında ana oğlunun tez böyüyüb əsgər olmasını və şəhid qanlarının qisasını almağı arzuladı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi