"20 Yanvar faciəsi"

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar məktəbimizdə müxtəlif tədbirlər keçirilir. Belə tədbirlərin daxili olaraq Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarovanın rəbərliyi ilə VIIc sinfində B.Vahabzadənin "Şəhidlər" poeması əasında ədəbi-bədii kompazisiya təşkil olunmuşdur. Faciənin tarixi haqqında geniş təqdimatlar, xüsusi albomlar, divar qəzetləri hazırlayan şagirdlər pz fikurlərini "Şəhidlər" poemasından öyrəndikləri şeir parçaları ilə davam etdirdilər. Poemada həmin gecə doğulan körpələrin onundan doqquzunun oğlan olduğunu söyləyən şairin "biçilmədən əkilənlərik" fikrinə öz münasibətini bildirdilər. Sonda uşaqlar əminliklə vurguladılar ki, nə qədər şəhid olarıqsa,onlardan yük qat artıq doğulub onların azadlıq yolunu davam etdirəcəyik.