“Mühəndis maneləri“ mövzusunda açıq dərs

11.01.2018-ci il tarixində 281 nömrəli tam orta məktəbin Xb sinfində Çağrışaqədərki hazırlıq fənnindən açıq dərs keçirildi. Açıq dərs Dövlət Himninin oxusu ilə başlandı. Eyni zamanda müstəqilliyimiz və azadlığımız uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bütün şagirdlərin hərbi geyimdə olması, onların qruplarına seçdiyi adlar, dərsə yüksək səviyyədə hazırlanmaları dərsin daha yaxşı keçməsinə səbəb oldu. Sabahın əsgərləri “Mühəndis maneləri“ haqqında təqdimat etdilər. Praktiki olaraq tank və piyada əleyhinə minalarla tanış oldular. Partlayan və patlamayan maneələr haqqında videoçarx göstərildi. Açıq dərsi izləyən məktəb direktoru Gülşən xanım Əliyeva hərbi vətənpərvərlik mövzusuna çox yer ayırdığı, şagirdləri bu ruhda tərbiyə etdiyi üçün ehtiyatda olan baş leytnant Verdiyev Köçəri müəllimə təşəkkür etdi.