"Valideyn klubu" ilə görüş

Şagirdlərin təlim-tərbiyəsinin düzgün qurulmasında məktəbin xüsusi rolu var. Bu işdə müəllimlərlə bərabər psixoloqun da işi danılmazdır. Uşaqlarda yetkinlik dövrünün müxtəlif cür təzahür etməsi və bu zaman kəsiyində onlarla necə ünsiyyət qurulması vacib şərtdir. Məhz bu amillər nəzərə alaraq məktəbimizin psixoloqu Nurlana Əhmədovanın rəhbərliyi ilə "Valideyn klubu" təşkil olunub. Klubun üzvləri müxtəlif yaş qrupuna daxil olan uşaqların valideynlərindən ibarətdir. Psixoloq cəmiyyətin inkişafı ilə bağlı yaranan problemlərin uşaq psixologiyasına təsirini nəzərə alaraq "Valideyn klubu" üzvləri ilə müntəzəm görüşlər keçirir. Belə görüşlərdən biri də XI siniflərin valideynləri ilə oldu. Məlumdur ki, XI sinif şagirdləri necə böyük psixoloji gərginlik keçirirlər. Ali məktəbə hazırlıq, tez-tez sınaqlarda iştirak etmək, tezliklə məktəblə vidaşmaq kimi amillər onların ailədə və cəmiyyətdə davranışlarına, təbii ki, təsir göstərir. Bu mənada psixoloq valideynlərə sayıq olmağı, övladları ilə daha çox dostluq münasibəti qurmağı, sosial şəbəkələrdəki əlaqələrinə nəzarət etməyi tövsiyə etdi. Bu və digər problemlərlə bağlı valideynlərlə fikir mübadiləsi edildi.