"Azərbaycanlı əhaliyə qarşı ermənilərin törətdikləri qırğınlar" adlı dəyirmi masa

26 dekabr 2017-ci il tarixində məktəbin tarix müəllimi Gülşən İsmayılzadə IXə sinfi ilə "Azərbaycanlı əhaliyə qarşı ermənilərin törətdikləri qırğınlar" adlı dəyirmi masa keçirdi. Məqsəd XX əsrin əvvəlində xalqımızın milli oyanışının nə ilə nəticələnməsini şagirdlərin diqqətinə çatdırmaq idi. Bunun üçün müxtəlif "erməni-müsəlman qırğını"na aid karikatura, həmin dövrün canlı şahidlərinin videoçarxlarını nümayiş etdirərək mənfur düşmənlərimizin əsl simalarını şagirdlərə çatdırıldı. Nəticədə şagirdlər azərbaycanlılara qarşı ermənilərin törətdiyi soyqırımları zaman baxımından qiymətləndirdi, bununla yanaşı milli-demokratik hərəkatın nümayəndələrinə dair məlumatlar əldə etdilər.