“Qış nağılı” adlı tədbir

26.12.2017-ci il tarixində 281 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aidə Abbasova “Qış nağılı” adlı tədbir keçirdi. Şagirdlərin hazırladığı tamaşa iştirakçıların çox xoşuna gəldi. Kiçik “aktyorlar” müxtəlif alleqorik, mifik, simvolik obrazları, heyvanların xarakterini canlandırdılar. Küpəgirən qarı Yeni il şənliyini pozmaq məqsədilə Qar Qızı və dələləri oğurlamışdı. Meşənin bütün heyvanları gücü, ağılı bir yerə qoyaraq onları azad etdilər. Tamaşanın əsas ideyası da elə bu idi. Əgər həmrəy, həmfikir olsaq, ən güclü düşmənə belə qalib gələ bilərik. Tədbirin sonunda Şaxta Baba öz gözəl hədiyyələri ilə balaca tamaşaçıları sevindirdi. Yeni il şənliyi musiqi sədaları altında başa çatdı.