"Tofiq Quliyevin 100 illiyinə həsr edilmiş yaradıcılıq gecəsi"

22.12.27-ci il tarixində V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə görkəmli bəstəkarımız Tofiq Quliyevin 100 illiyinə həsr edilmiş yaradıcılıq gecəsi keçirildi. Məktəbin musiqi müəllimi Vəfa Məmmədova Tofiq Quliyevin yaradıcılığı haqqında məlumat verdi. Tədbirdə bəstəkarın yaradıcılığı ilə bağlı yarışma keçirildi. Toqif Quliyevin kinofilmlərə yazdığı mahnılara həsr olunmuş yarışma böyük maraq doğurdu. VIIIb, VIIIc və VIIId sinifləri yarışmada fəal iştirak etdilər və diploma layiq görüldülər. Bundan başqa iştirak edən siniflər Tofiq Quliyevin unudulmaz mahnılarını ifa etdilər. Tədbir “Qüdrətli Azərbaycan” mahnısı ilə sona çatdı. Sonda məktəbin direktoru Gülşən xanım Əliyeva tədbirin təşkilatçısı Vəfa Məmmədovaya və şagirdlərə öz təşəkkürünü bildirdi.