"İstedadlar sorağında" müsabiqəsi

 

Məktəbimizdə istedadlı uşaqlar çoxdur. Onları tapıb üzə çıxarmaq məqsədi ilə müxtəlif tədbirlər keçirilir. Belə tədbirlərdən biri də ibtidai siniflər arasında keçirilən "İstedadlar sorağında" müsabiqəsidir. Təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibovanın sədrliyi ilə təşkil olunan bu müsabiqədə münsiflər heyətinin üzvləri müxtəlif naminasiyalar üzrə fərqlənən şagirdləri seçdilər. Şagirdlər gözəl və aydın nitqə görə, ifadəli şeir söyləmək və bədii yaradıcılıq qabiliyyətinə görə öz məharətlərini göstərdilər. Müsabiqə nəticələrindən aydın oldu ki, məktəbimizdə öz qabiliyyəti ilə gələcəkdə vətəni tanıda biləcək istedadlı şagirdlər çoxdur.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi