"Təcrübə Dərs"

17.12.2017-ci il tarixində 281nömrəli tam orta məktəbin VIg sinif şagirdləri coğrafiya müəllimi Nizami Ələsgərovun rəhbərliyi ilə Qobustan rayonu Ələt qəsəbəsində yerləşən palçıq vulkanlarına ekskursiya etdilər. Şagirdlər ekskursiya zamanı bu vulkanlarla əyani şəkildə tanış oldular. Nizami müəllim şagirdlərə palçıq vulkanları haqqında ətraflı məlumat verdi. Müəllim bildirdi ki, təcrübə dərslər şagirdlərin mövzunu daha yaxşi mənimsəməsində və dərin biliklərə yiyələnməsində mühüm rol oynayır. Bu kimi dərslər şagirdlərin yaddaşında unudulmaz günlərə çevrilir.