"Zərərli vərdişlərdən uzaq olaq" mövzusunda diskusiya

Gənc nəslin layiqli övlad kimi böyüməsində məktəbin xidmətləri danılmazdir.Bu xidmətlərdən psixoloqun işini xüsusi qeyd etmək lazımdır. Çünki psixoloq həm uşaqla, həm də valideyn və müəllimlərlə  daim ünsuyyətdə olub qarşıya çıxan problemlərə tez və düzgün qiymət verməyi bacarmalıdir. N.Əhmədova belə bacarıqlı psixoloqlardan biri kimi daim uşaqlarla müxtəlif mövzularda söhbətlər aparır. Bu dəfə də "Zərərli vərdişlərdən uzaq olaq" mövzusunda IXe sinif şagirdləri ilə diskusiya apardı. Diskusiyada fəal iştirak edən şagirdlər bu kimi vərdişlər və onların xoşagəlməz nəticələrindən danışaraq, bu işdə məktəblə yanaşı ailənin də xüsusi rolunu vurğuladı. Övladına lazımi vaxt ayıra bilməyən valideynlər bəzən onların asudə vaxtlarını necə keçirilmələrindən də xəbərsiz olurlar. Bu da uşaqların spirtli içkiyə, siqaretə, narkotik vasitələrə, oğurluğa və s vərdişlərə meyillərinin artmasına zəmin yaradır. Maraqlı mübahisə şəraitində keçən diskusiyada şagirdlər belə nəticəyə gəldilər ki, müasir uşaqların pis vərdişlərə yiyələnməməsi üçün asudə vaxtlarını səmərəli keçirmələri mütləqdir. Məhz bu amil müstəqil dövlətimizdə həm bioloji, həm də fiziki və zehni sağlam gələcəyin qarantıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi