"Ədəbiyyat biliciləri" müsabiqəsi

13.12.2017-ci ildə 281 nömrəli tam orta məktəbdə "Ədəbiyyat biliciləri" müsabiqəsinin məktəb mərhələsi keçirildi. Müsabiqə VIII, IX, X, XI sinif şagirdləri arasında aparıldı. Əvvəlcə məktəbin metodbirləşmə sədri Xalidə Sadıqova müsabiqənin şərtləri ilə uşaqları tanış etdi. Onlara "Sorğu anketləri" paylandı. Şagirdlər mütaliə etdikləri əsərlər əsasında həmin anketi doldurdular. Sonda ədəbiyyat müəllimlərindən Flora Osmanova, Leyla Ramazanova şagirdlərə mütaliə ilə bağlı maraqlı tövsiyələr verdilər. Sorğu anketləri doldurulduqdan sonra yoxlanıldı. Nəticələr müzakirə edildi və qaliblər müəyyənləşdirildi. VIII-IX siniflər arasında VIIIc sinif şagirdi Məryəm Əlizadə, IXe sinif şagirdi Nuray Nəcəfova, X-XI siniflər arasında Xd sinif şagirdi Akifə Babayeva, Xa sinif şagirdi Aysel Məhərrəmova qalib elan edildilər.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi