“Ümid çırağı” adlı yarış

V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə Ulu Öndərimiz Heydər Əliyevin anım günü ilə əlaqədar XI sinif şagirdləri arasında “Ümid çırağı” adlı yarış keçirildi. Şagirdlər öz cavabları ilə H.Əliyevin keçdiyi tarixi həyat yolunu bir daha mükəmməl bildiklərini nümayiş etdirmişlər. I yerə XIc, II yerə XIç, III yerə XId sinfi layiq görüldülər. Sonda şagirdlər bildirdilər ki, onlar H.Əliyev ömrünün bütün tarixi həqiqətlərini gələcək nəsillərə çatdıracaqlar.