"Bədii ədəbiyyatda uşaq taleləri" mövzusunda müzakirə

"Bədii ədəbiyyatda uşaq taleləri" mövzusunda müzakirələrimiz davam edir. Budəfəki hədəfimiz S.S.Axundovun "Qan bulağı", "Ümud çırağı" və "Qatil uşaq" hekayələri oldu. Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarovanın və kitabxanaçıların da iştirakı etdiyi müzakirədə VIf sinif şagirdləri maraqlı fikir və mülahizələri ilə çıxış etdilər. Hekayələri bir-bir təhlil edən şagirdlər onların bugünki, dövrümüzlə bağlılığından, zamanından aslı olmayaraq, uşağın elə uşaq olduğundan danışdılar. "Qatil uşaq" hekayəsini təhlil edənlər iki mövqedən çıxış etdilər. Bəziləri ona haqq qazandırır, bəziləri isə "İnsan öldürmək yalnız vətənə edilən təcavüzdə vacibdir, başqa halda mümkün deyil" fikri üzərində dayandılar. Şagirdlərin əsərlərə belə müstəqil və təbqidi yanaşması təbii ki, sevindiricidir. Müzakirənin sonunda onlar özlərini vətənin "ümid çırağı" hesab edərək, bildirdilər ki, biz bu çırağın daha da gur yamasına həmişə təkan verəcəyik.