"Mən Azərbaycanlıyam" adlı ümumməktəb tədbiri

12.12.2017-ci il tarixində 281 nömrəli tam orta məktəbdə dahi şəxsiyyət, fenomenal insan, dünya şöhrətli siyasətçi, Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevə həsr olunuş "Mən Azərbaycanlıyam" adlı ümumməktəb tədbiri keçirildi. Tədbirdə Ulu Öndərin şərəfli həyat yoluna nəzər salındı, onun Azərbaycan üçün xidmətlərindən, uğurlu siyasətindən danışıldı. Sonra isə dahi şəxsiyyətə həsr olunmuş şeirlər söylənildi, mahnılar səsləndi. Sonda məktəbin direktoru Gülşən xanım Əliyeva dahi şəxsiyyətin ömur yolundan danışaraq onu canlı bir korifey, canlı bir məktəb olaraq gördüyündən fəxrlə danışdı və Heydər Əliyevin hər kəlməsinin, hər sözünün bir aforizm olduğunu vurğuladı. Hər bir məktəbliyə bu korifeyi oxumağı, ondan öyrənməyi tövsiyə etdi.