"Ümid çırağı" adlı tədbir

V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin Ib, If, IIa siniflərində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədər tədbirlər keçirildi. Tədbirdə şagirdlər ulu öndərə həsr olunmuş şeirlər söylədilər, onun uşaqlar, elm, təhsil haqqında söylədiyi kəlamları səsləndirdilər. Ib sinif müəllimi Kəmalə Əhmədova çıxış edərək bildirdi ki, Heydər Əliyev müstəqil dövlətimizin qurucusudur. O, bütün həyatını doğma Azərbaycanın inkişafına həsr etmiş, vətənimizin bütün dünyada tanınması üçün çox işlər görmüş və buna nail olmuşdur. Müstəqil Azərbaycan dövlətinin əbədi var olmasını qarşısına məqsəd qoymuş dahi şəxsiyyətin əziz xatirəsi xalqımız tərəfindən həmişə hörmətlə yad ediləcək. Azərbaycan var olduqca, ulu öndərimiz Heydər Əliyev də yaşayacaqdır!