Futbol turniri

 

                 08.12.2017-ci il tarixində məktəbin fiziki-tərbiyə müəllimləri Rauf Xankişiyev, Alov Hüseynov, Asim Eyvazov və Fazil Ağamalıyevin təşkilatçılığı ilə “Dahi şəxsiyyət Azərbaycan xalqının atası, ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anım günü”nə həsr olunmuş futbol yarışı keçirildi. Yarışdan əvvəl şagirdlər məktəbin foyesində Heydər Əliyevin anım gününə həsr olunmuş xatirə guşəsinin qarşısına qərənfil qoydular. Futbol yarışı məktəbin VII sinif şagirdləri arasında keçirilirdi. Təlim-tərbiyə işləri üzrə direktor müavini İlham Kazımov I yerə layiq görülən VIIb sinfindən ibarət komandaya diplom və kubok təltif etdi. İkinci yerə VIIc sinfi, üçüncü yerə isə VIIç sinfi layiq görüldülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi