"Tarix yaradanlar unudulmurlar"

V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə tarix müəllimi Dilarə Dadaşova VIə sinfində Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş açıq dərs təşkil etdi. Şagirdlər çıxışlarında Ulu öndər Heydər Əliyev haqqında mararaqlı məlumatlar verdilər. Bildirdilər ki, Heydər Əliyev dühası, qüdrəti, böyüklüyü ilə bəşəriyyətə mənsub olan tarixi şəxsiyyətdir. Azərbaycanı uzaqgörən, müdrik siyasətlə böhrandan və parçalanmaqdan xilas edib, qüdrətli bir dövlətə çevirməyi məhz o bacardı. Biz şagirdlər Heydər Əliyevin işıqlı yolunun əsl davamçıları olacağıq.
"Tarix yaradanlar unudulmurlar"