"Azərbaycana həsr edilən ömür"

 

V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı 08.12.2017- ci il tarixində Iə, Ig, IId, IIə sinif şagirdləri kiçik kompozisiya hazırladılar. Kompozisiyada şagirdlər tərəfindən dahi rəhbərimizin keçdiyi keşməkeşli həyat yolu haqqında məlumat verildi, şeirlər və onun aforizmləri söylənildi. Sonda videoçarx nümayiş olundu. Təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova və Eleonora Ağamalıyeva çıxışlarında Heydər Əliyevin təhsilə verdiyi yüksək qiyməti şagirdlərə xatırlatdılar. Heydər Əliyevin Azərbaycan tarixində qeyri-adi qabiliyyəti ilə dövləti idarə edən, milli kimliyi olan bir rəhbər olduğunu qeyd etdilər. Azərbaycanın tarixi inkişaf prosesinə təkan verən, dövlətin tarixində, xalqın yaddaşında əbədi özünə yer etmiş ümummilli liderimiz Heydər Əliyevin adı Azərbaycan xalqının qəlbində daim yaşayacağını söylədilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi