Voleybol turniri

V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin fiziki-tərbiyə müəllimləri Dilarə İbrahimova, Firuzə İbrahimova və Səidə Əhmədovanın təşkilatçılığı ilə ümummilli liderimiz Heydər Əliyevin anım gününə həsr olunmuş voleybol turniri təşkil edildi. İlk olaraq Ulu öndərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Heydər Əliyevin uşaqlara diqqəti, idmana qayğısı, vətənpərvər, sağlam şagirdlərimizin olması üçün hər zaman əlindən gələni əsirgəməməsi danılmazdır. Məktəbimizin şagirdləri turnirdə fəal iştirak etdilər. Qaliblər məktəbin direktoru Gülşən xanım Əliyeva tərəfindən kubok və diplomlarla mükafatlandırıldilar.