Lyuşer testi

Müasir həyatınızı psixoloqsuz təsəvvür etmək çox çətindir. Buna görə də psixoloq işi, psixoloq fəaliyyəti daim diqqət mərkəzindəir.Uşaqlarda idrak prosesləri və emosional sahənin tədqiqi istiqamətində müxtəlif iş planları həyata keçirən psixoloq Nurlanna Əhmədova 08.12.2017-ci tarixində IIIb sinfində Lyuşer testi keçirdi. Rənglərə qarşı emosional münasibət, onlardan bəzilərinə verilən üstünlük (seçmək) bəzi rənglərə qarşı etinasızlıq və imtina (neqativ qiymətləndirmə) psixodioqnostikada xüsusi önəm daşıyır. Lyuşer testinə görə rəng seçimi şəxsiyətin fəaliyyət sistemini, əhvalını, funksional vəziyyəti və nisbətən sabit keyfiyyətlərini özündə əks etdirir. Aparılan testin nəticələrindən aydın oldu ki, uşaqlarda daha çox əlvan rənglərə, yeni həyat eşqinə, quruculuğa xüsusi meyl var. Bu da uşaqların psixolojı durumunun pozitivə kökləndiyini dəyərləndirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi