“Bir ömrün şərəfli səhifələri”

Məktəbin fəaliyyət planına əsasən 2017-2018-ci tədris ilinin dekabr ayı məktəbdə tarix fənn aylığı elan olunmuşdur. Bu münasibətlə noyabr ayının sonunda keçirilən tarix fənn metodbirləşməsinin yığıncağında metodbirləşmə üvzləri birlikdə tədbirlər planı hazırlamış, dekabr ayı ərzində görüləcək işləri müzakirə etmişlər. Tədbirlər planına uyğun olaraq 6 dekabr 2017-ci il taixində məktəbin tarix müəllimi Dilarə Dadaşova IXe sinfində “Bir ömrün şərəfli səhifələri” adlı dəyirli masa keçirdi. Şagirdlər çıxışlarında dünya şöhrətli siyasətçi ulu öndər Heydər Əliyevin xalqımıza bəxş etdiyi müasir Azərbaycanın yaşaması, möhkəmlənməsi və sürətlə inkişaf etməsini qürurla vurğuladılar. Mənalı ömrünü millətinə, Azərbaycanın yüksəlişinə həsr edən Heydər Əliyevi milyonlarla azərbaycanlı məhəbbət və ehtiramla yad edir, xatirəsini əziz tutur.