"Bədii ədəbiyyatda uşaq taleləri"

 

Uşaqlarda bədii ədəbiyyata maraq yaratmaq, onlarda bədii təfəkkürü formalaşdırmaq məqsədi ilə müxtəlif tədbirlər keçirilir. "Bədii ədəbiyyatda uşaq taleləri" mövzusu adı altında budəfəki hədəfimiz Ə.Məmmədxanlının "Buz heykəl" hekayəsidir. Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova tərəfindən VIf sinfində hekayənin maraqlı müzakirəsi keçirildi. "Balaca aktyor"lar tərəfindən səhnələşdirilən hekayədə qoyulan problemi maraqlı fikirlərlə izah edən şagirdlər əsas xətt olan Ana-övlad münasibətini açıqladılar. Bu xətlə yanaşı müharibə və onun törətdiklərinin insan taleyində rolundan danışdılar. Övlad uğrunda  canını fəda edən ana obrazı Xocalı faciəsində balalarını düşməndən qoruyan anaların həqiqi, həyatı obrazları ilə müqayisə edildi. Uşaqlar müharibə və onun dəhşətləri, uşaq talelərinə vurduğu ağır zərbələrdən danışdılar. Sonda müharibəni və onu başlayan "insanları" pisləyib, lənətləyən şagirdlər dünyamıza sülhün necə vacib olduğunu bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi