Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş dərs

V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin musiqi müəllimi Vəfa Məmmədova 04.12.2017-ci il tarixində Va sinfində görkəmli opera sənətçisi Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş dərs hazırladı. Şagirdlər onun həyat və yaradıcılığı haqqında maraqlı məlumatlar verdilər. Sənətkarın yaradıcılığı və keçdiyi həyat yolundan danışan şagirdlər onun ifasında səslənən opera nümunələrini heyranlıqla dinlədilər. Şövkət Məmmədova sənəti ilə tanışlıq uşaqlarda opera sənətinə maraq yaratdı.