"Qlobal ekoloji problemlərin həlli" mövzusunda "Açıq dərs"

V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin müəllimi İfayət Məmmədova 1 dekabr 2017-ci il tarixdə IXe sinfində Həyat bilgisi fənnindən "Qlobal ekoloji problemlərin həlli" mövzusunda "Açıq dərs" keçirdi. Dərsdə şagirdlər "Qlobal ekoloji problemlərə yol açan faktlar və onların aradan qaldırılması, Atmosferə antropogen təsir, İnsanın bioloji aləmə təsiri, Torpağa antropogen təsir və onun aradan qaldırılmasıTullantıların ikinci həyatı" mövzularda layihələr hazırladılar. Təqdim edilən layihələrdə qlobal enerji problemlərin yaranma səbəbi və onların həlli yolları ətrafında araşdırmalar aparıldı və müzakirələr təşkil edildi. Nəticə olaraq qeyd edildi ki, ekoloji problemləri yaradan insandır və bu problemi də özü həll etməlidir. Tanrı bizi təbiəti sevək və onu qoruyaq deyə yaradıb! Təbiəti təbiətə qaytaraq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi