İnşa müsabiqəsinin qalibi

Məktəbimizdə istedadli şagirdlər çoxdur. Onların hər uğuru, hər bir nailiyyəti bizi ürəkdən sevindirir. Bizi sevindirib, fəxrlə adını çəkə bildiyimiz uşaqlardan biri də Xc sinif şagirdi Əhmədzadə Elzadir. Elza uşaqlıqdan elmə, təhsilə, məntiqə xüsusi maraq göstərməsi ilə yaşıdlarından həmişə seçilib. Məktəbin ictimai işlərində fəal olmuş, inşa müsabiqələrində bir “publisist” və “yazıçı” kimi ürəkdən iştirak etmişdir. Ulu öndərin anadan olmasının 94 illiyinə həsr olunmuş “Xalqa bağışlanan ömür” mövzusunda Suraxanı rayonu məktəbləri arasında inşa yazı müsabiqəsinin xüsusi “Fəxri fərman”ına layiq görülmüşdür. Onu da qeyd edək ki, ulu öndərin anım günü ilə bağlı keçən il keçirilən inşa müsabiqəsində II yerə layiq görülmüşdür. Elzanın bədii yaradıcılığında da uğurları ürəkaçandır. 2015-ci ildə "Sehirli dünya" jurnalında "Mənim sevimli nənəm" adlı şerinə görə diploma layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyi Uşaq Ədəbiyyati şöbəsinin rəhbəri Qəşəm Nəcəfzadənin xüsusi təşəkkürünü almışdir. Biz isdedadlı şagirdlərimizlə fəxr edirik.