İdmanda uğurumuz

V. Mirzəliyev adına 281 nömrəli orta məktəbin 10A sinif şagirdi Vəliyeva Aytac Azərbaycan Respublikası Karate Federasiyasının Bakı şəhərində təşkil etdiyi uşaqlar arasında 1-ci respublika birinciliyində xüsusi bacarıq göstərərək 3-cü yerə layiq görülmüşdür. Türk qadınları igidliyi ilə həmişə seçilmişdir. Tomirislərin, Banuçiçəklərin, Həcərlərin layiqli davamçıları olan Aytac kimi qızlarımızla daim qürurlanmışıq. Bu gün biz də Aytacla fəxr edir, onu təbrik edir, yeni-yeni uğurlarını gözləyirik!