"İnsan hüquqlarının pozulması" mözusunda "Dəyirmi masa"

V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə İfayət Məmmədovanın rəhbərliyi ilə VIIIe sinfində "İnsan hüquqlarının pozulması" mözusunda "Dəyirmi masa" keçirildi. Dərsdə uşaqlar tarixə səyahət edərək "İnsan hüquqlarının pozulması faktları" haqqında təqdimatlar hazırladılar. "Canlı ölülər" adlı təqdimatda qulların hüquqlarının pozulması, "Vorfolemey gecəsi" adlı təqdimatda hadisənin baş vermə səbəbi, "Qarabağ" adlı təqdimatda insanların hüquqlarının pozulması, "Xocalı faciəsi" adlı təqdimatda erməni faşizminin törətdiyi qanlı cinayətlər haqqında məlumat verdilər. Bu hadisələri insan hüquqlarının pozulması faktı kimi dəyərləndirdilər.